Lənkəran şəhərində Dünya Cüdo Günü münasibətilə kütləvi açıq idman tədbiri keçirilib.
Cənub Media xəbər verir ki, oktyabrın 28-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına Xatirə Parkında təşkil olunan tədbirin əsas məqsədi cüdo idman növünü təbliğ etmək, uşaq və yeniyetmələr arasında idmana marağı artırmaq, sağlam həyat tərzini təşviq etmək və gənclərin fiziki inkişafına dəstək vermək olub.
Tədbir zamanı iştirakçılara cüdo idman növünün xüsusiyyətləri və əhəmiyyəti barədə məlumat verilib. İdmanın gənc nəslin fiziki hazırlığının yüksəldilməsində, intizamın formalaşmasında və mənəvi keyfiyyətlərin inkişafında oynadığı rol diqqətə çatdırılıb.
Açıq idman tədbirində gənc cüdoçular öz bacarıqlarını nümayiş etdiriblər. İdmançıların çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, belə tədbirlərin təşkili uşaqların və yeniyetmələrin idmana cəlb olunmasına, cüdonun daha geniş təbliğinə və sağlam həyat tərzinin təşviqinə xidmət edir.
Cənub Media, Lənkəran