Masallı rayonunda minik avtomobili ilə yük maşınının toqquşması ölümlə nəticələnib.
Cənub Media xəbər verir ki, hadisə axşam saatlarında rayonun Musaküçə kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, Sakit İsmayılovun idarə etdiyi “Subaru” markalı avtomobillə Məzahir Əkbərovun sürdüyü “ZİL” markalı yük maşını toqquşub.
Qəza nəticəsində “Subaru”nun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə sərnişin olan, 1966-cı il təvəllüdlü Taleh Həsənov isə hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Cənub Media, Masallı