Biləsuvarda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Cənub Media xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda, Biləsuvar rayonun Səmədabad kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Tacəddin Yusifov idarə etdiyi “Toyota” markalı avtomobili Səmədabad kəndi ərazisində idarəetməni itirərək aşırıb. Qəza nəticəsində sürücü Tacəddin Yusifov və sərnişin 1966-cı il təvəllüdlü Tovuz Axundova hadisə yerində ölüblər. Avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.
14:25
Biləsuvar rayonunda iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Cənub Media xəbər verir ki, hadisə Biləsuvar–Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb.
Cənub Media, Biləsuvar