Cəlilabad rayonunda 20 işəgötürənin iştirakı ilə əmək yarmarkası təşkil olunub.
Cənub Media xəbər verir ki, tədbir Lənkəran-Astara Regional Məşğulluq filialının təşkilatçılığı ilə Göytəpə şəhərində yerləşən Cəlilabad Peşə Təhsil Mərkəzində keçirilib.
Yarmarkada işaxtaranlar üçün ümumilikdə 52 vakansiya təqdim olunub.
İşəgötürənlər vakansiyalara müraciət edən şəxslərin CV-lərini qəbul edərək nəzərdən keçirib, uyğun namizədləri növbəti mərhələyə dəvət ediblər.
