16–29 oktyabr 2026-cı il tarixlərində Yardımlı rayonunda vətəndaşlara səyyar “ASAN xidmət” göstəriləcək.
Cənub Media xəbər verir ki, xidmət Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Masallı “ASAN xidmət” mərkəzinin Səyyar Xidmətin təşkili sektoru tərəfindən təşkil olunacaq.
Səyyar xidmət Yardımlı şəhəri, Heydər Əliyev küçəsi 59 ünvanında, YAP Yardımlı Rayon Təşkilatının inzibati binasının qarşısında həyata keçiriləcək.
Vətəndaşlar qeyd olunan tarixlərdə səyyar xidmət məntəqəsinə müraciət edə bilərlər.
İlkin Adıyev, Cənub Media