Masallıda şəhid Amid Salayevin şəhadətinin 6-cı ildönümü anılıb
Cənub Media xəbər verir ki, Masallı rayonunun Sığdaş kəndində şəhid Salayev Amid Yadulla oğlunun şəhadətə yüksəlməsinin 6-cı ildönümü anılıb.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tohid Hüseynov, RİH aparatının məsul əməkdaşları, din xadimləri, ərazi nümayəndəliyinin və bələdiyyənin nümayəndələri, eləcə də şəhid ailələri iştirak ediblər.
İştirakçılar şəhid Amid Salayevin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Əlihüseyn Şükürov, Cənub Media