Masallıda şəhid Kənan Şahbazovun şəhadətinin 6-cı ildönümü anılıb
Cənub Media xəbər verir ki, Masallı rayonunun Çaxırlı kəndində şəhid Şahbazov Kənan Natiq oğlunun şəhadətə yüksəlməsinin 6-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Anım günü çərçivəsində Masallı Rayon İcra Hakimiyyətinin nümayəndələri, ərazi nümayəndəliyi və bələdiyyə əməkdaşları, din xadimləri və şəhid ailələri Kənan Şahbazovun məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Qeyd edək ki, Kənan Şahbazov döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində qəlpə yarası alaraq şəhid olub. Onun nəşi 2 oktyabr 2020-ci ildə doğulduğu Çaxırlı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Əlihüseyn Şükürov, Cənub Media