Cənub Media xəbər verir ki, hadisə Bakı–Astara avtomobil yolunun Salyan rayonundan keçən hissəsində, Kür çayı üzərində yerləşən körpüdə baş verib.
Belə ki, hərəkətdə olan avtomobil sürücünün idarəetməsindən çıxaraq körpünün dəmir konstruksiyasına çırpılıb.
Qəza nəticəsində nəqliyyat vasitəsi ciddi zədələnərək yararsız vəziyyətə düşüb. Avtomobil xüsusi texnikanın köməyi ilə ərazidən götürülüb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Cənub Media, Salyan