Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Cənub Media xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Biləsuvarın Arazbari kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, idarəetməni itirən avtomobil yolun kənarına aşıb. Qəza nəticəsində avtomobildə olan qadın sərnişin ağır bədən xəsarətləri alıb. O Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
İlkin Adıyev, Cənub Media