Cəlilabad RİH başçısı şəhid kapitan Rəşad Abdullayevin ailə üzvləri ilə görüşüb.
Cənub Media xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin ailə üzvləri ilə görüşüb.
Qəbulda şəhidin atası Arif Abdullayev, həyat yoldaşı Gülnar Abdullayeva və Rəşad Abdullayevin döyüşlərdə komandiri olmuş, ehtiyatda olan polkovnik-leytenant Xizri Nuriyev iştirak ediblər.
Rafiq Cəlilov Gülnar Abdullayevanı ali məktəbə qəbul olması münasibətilə təbrik edib, ona təhsil həyatında uğurlar arzulayıb.
Görüş zamanı Rəşad Abdullayevin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və keçdiyi şərəfli döyüş yolu barədə danışılıb.
Qəbulda iştirak edənlər şəhid və qəhrəman ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.