Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun rəhbərliyi ilə şəhid ailələri və müharibə iştirakçılarına diqqət və qayğı çərçivəsində tədbir keçirilib.
Cənub Media xəbər verir ki, oktyabrın 2-də Ərkivan qəsəbəsində keçirilən vətəndaş qəbulundan sonra rayon rəhbəri Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, RİH aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisi Sinan Abbaslı, ərazi nümayəndəsi, bələdiyyə sədri, şəhid ailələri, din xadimləri, media nümayəndələri və sakinlər şəhidlərin məzarlarını ziyarət ediblər.
Ziyarət zamanı şəhidlərin məzarları önünə tər gül dəstələri düzülüb, onların xatirəsi ehtiramla yad olunub və ruhlarına dualar oxunub.
Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Əlihüseyn Şükürov, Cənub Media