1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.
Cənub Media xəbər verir ki,Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək Beynəlxalq Ahıllar Gününün Azərbaycanda 1993-cü ildən qeyd olunduğunu bildirib.
İcra başçısı qeyd edib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev ahıl insanlara və onların sosial problemlərinin həllinə hər zaman böyük diqqət və qayğı göstərib.
Bildirilib ki, bu gün də yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi və rifahının yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlar əsasında ahıl vətəndaşlara dövlət qayğısının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Rafiq Cəlilov Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, onlara möhkəm cansağlığı, uzun ömür və firavan həyat arzulayıb.
Tədbirdə çıxış edənlər yaşlı nəslə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirərək, ahıl insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.
İlkin Adıyev, Cənub Media



