5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Lerik rayonunda gənc müəllimlər arasında “İşıqlı gələcəyin memarları” adlı Breyn Rinq intellektual oyunu keçiriləcək.
Cənub Media xəbər verir ki, “İntellekt klub” layihəsi çərçivəsində təşkil olunacaq yarış 2-5 oktyabr tarixlərində Lerik rayon Heydər Əliyev Mərkəzində baş tutacaq.
Məlumata görə, yarış müəllimlərdən ibarət komandalar arasında keçiriləcək. İştirak etmək istəyən komandalar qeydiyyat zamanı komandanın adını, kapitanını və üzvlərinin siyahısını təqdim etməlidirlər.
Yarışda iştirak üçün son qeydiyyat tarixi 1 oktyabrdır.
Qeydiyyat və əlavə məlumat üçün Fidan Zülfiyeva (+994 50 365 85 08) və Bahar Mürsəliyeva (+994 50 486 30 37) ilə əlaqə saxlamaq mümkündür.