Sentyabrın 29-da Vətən müharibəsi şəhidi İmaməli Əhədzadənin anım günü ilə əlaqədar Şilavar kəndində məzarı ziyarət olunub.
Cənub Media xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra başçısı aparatının kollektivi, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidin məzarı önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər. Şəhidin ruhuna dualar oxunub.
Ziyarət zamanı şəhidin ailə üzvləri ilə görüşən Taleh Qaraşov onların qayğıları ilə maraqlanıb. Görüşdə şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyi vurğulanıb.
Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Qeyd edək ki, İmaməli Əhədzadə Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşüb və şəhid olub.
İlkin Adıyev, Cənub Media