Cəlilabad Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Əli Bağışov beynəlxalq boks turnirində bürünc medal qazanıb.
Cənub Media xəbər verir ki, sentyabrın 24-dən 28-dək Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Bölgəsində keçirilən “Sports Lottery Cup” Çin–Sincan Beynəlxalq Gənclər Boks Turnirində müxtəlif ölkələrdən olan gənc idmançılar mübarizə aparıblar.
Turnirdə 60 kiloqram çəki dərəcəsində çıxış edən Cəlilabad Uşaq-Gənclər İdman Məktəbinin boks bölməsinin yetirməsi Əli Bağışov yarışı üçüncü pillədə başa vuraraq bürünc medal qazanıb.
Qeyd edək ki, idmançı yarışa məşqçi-müəllim Nicat Quliyevin rəhbərliyi ilə hazırlaşıb.
Əli Bağışovu və məşqçi-müəllimi Nicat Quliyevi əldə olunan nəticə münasibətilə təbrik edir, onlara qarşıdakı yarışlarda yeni uğurlar arzulayırıq.