Sabah Cənub bölgəsində hava necə olacaq? – XƏBƏRDARLIQ
Cənub Media xəbər verir ki, sentyabrın 25-də Cənub bölgəsində hava əsasən yağmursuz keçəcək. Bununla yanaşı, bölgədə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Lənkəran, Astara, Masallı, Cəlilabad, Lerik, Yardımlı və Biləsuvar rayonlarında küləyin sürəti 13,9–20,7 m/san təşkil edə bilər. Bu ərazilər üzrə sarı xəbərdarlıq elan olunub.
Rayonlarda havanın temperaturunun gecə 18–22°C, gündüz isə 29–34°C arasında olacağı bildirilir. Dağlıq ərazilərdə temperatur daha aşağı olacaq.
Lənkəranda isə sabah havanın əsasən açıq, temperaturun gecə 19°C, gündüz 31°C olacağı proqnozlaşdırılır.
Neftçala və Salyanda isə küləyin daha güclü olacağı gözlənilir və burada narıncı xəbərdarlıq verilib.