Masallı rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Cənub Media xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 23-də saat 10:00-dan işlər yekunlaşanadək Masallı rayonunun Köhnə Alvadı, Banbaşı və Yeyənkənd kəndlərinin, həmçinin Böyük Xocavar kəndinin bir hissəsinin qaz təchizatı dayandırılacaq.
Qazın verilişinin təmir-quraşdırma işləri başa çatdıqdan sonra bərpa olunacağı bildirilib.
İlkin Adıyev, Cənub Media