Sentyabrın 19-da Cənub bölgəsində hava şəraitinin əsasən buludlu və mülayim keçəcəyi gözlənilir.
Cənub Media xəbər verir ki, Lənkəranda gündüz temperaturunun 27°C, gecə isə 20°C ətrafında olacağı proqnozlaşdırılır. Gün ərzində əsasən buludlu hava, bəzi saatlarda isə yağıntı ehtimalı var. Axşam saatlarında havanın açılacağı gözlənilir.
Bölgənin digər rayonlarında temperaturun təxminən belə olacağı gözlənilir:
- Astara: 20–27°C
- Lənkəran: 20–27°C
- Masallı: 19–28°C
- Cəlilabad: 20–28°C
- Biləsuvar: 19–28°C
- Neftçala: 21–28°C
- Lerik: 14–22°C
- Yardımlı: 15–23°C
Dağlıq ərazilərdə, xüsusilə Lerik və Yardımlıda, hava digər rayonlarla müqayisədə daha sərin olacaq.
Milli Hidrometeorologiya Xidmətinin sentyabr ayı üzrə proqnozuna əsasən, Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara və Cəlilabadda ay ərzində temperaturun iqlim normasına yaxın, bəzi yerlərdə isə 1–2 dərəcə yüksək olacağı gözlənilir.