Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vətəndaşları qəbul edib.
Cənub Media xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətində keçirilən növbəti vətəndaş qəbulunda rayonun müxtəlif yaşayış məntəqələrindən müraciət edən sakinlərin problemləri dinlənilib.
Qəbul zamanı əsasən sosial-məişət, məşğulluq və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Rayon rəhbəri vətəndaşların müraciətlərini dinləyərək qaldırılan məsələlərin araşdırılması və həlli ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verib. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, əlavə araşdırma tələb edən məsələlər isə nəzarətə götürülüb.
Qəbul zamanı vətəndaşlara bildirilib ki, müraciətlərin operativ araşdırılması və həlli istiqamətində tədbirlər davam etdirilir.
Əlihüseyn Şükürov, Cənub Media