Masallı rayonunda yerləşən Dəfinə məktəb-liseyində 15 sentyabr – Bilik Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, rayon icra hakimiyyəti aparatının nümayəndəsi Zamin Məmmədov və Masallı Rayon Təhsil sektorunun müdiri Elman Rzayev iştirak ediblər.
Cənub Media-nın əldə etdiyi məlumata görə, rayon rəhbəri məktəb-liseyə gələrək burada yeni tədris ilinin başlanması münasibətilə müəllim və şagird kollektivini təbrik edib.
Görüş zamanı məktəbdə yaradılan şəraitlə tanış olan Araz Əhmədov təhsil müəssisəsinin fəaliyyəti və yeni tədris ili ilə bağlı görülən işlərlə maraqlanıb.
Rayon rəhbəri çıxışında təhsilin cəmiyyətin inkişafında mühüm rol oynadığını qeyd edib. Bildirib ki, müasir dövrdə bilik və savadlı gənc nəslin yetişdirilməsi əsas prioritetlərdən biridir.
Görüşdə şagirdlərin keyfiyyətli təhsil almasının, milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və savadlı gənclər kimi formalaşmasının vacibliyi vurğulanıb.
Tədbirdə müəllimlərin əməyi yüksək qiymətləndirilib, pedaqoji kollektivə yeni tədris ilində uğurlar arzulanıb. Şagirdlərə isə dərslərində yüksək nəticələr və yeni nailiyyətlər dilənib.
Görüşün sonunda rayon rəhbəri məktəb-liseyin müəllim və şagird kollektivi ilə xatirə fotosu çəkdirib.

Əlihüseyn Şükürov, Cənub Media