Lənkəran rayonunda iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol qəzası baş verib.
Cənub Media xəbər verir ki, hadisə rayonun Kərgəlan kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan “Mitsubishi” markalı avtomobillə əks istiqamətdə hərəkətdə olan “Volkswagen Passat” markalı nəqliyyat vasitəsi toqquşub.
Qəza nəticəsində iki nəfər xəsarət alıb. Yaralananların Lənkəran rayonunun Ləj kənd sakini, 1999-cu il təvəllüdlü Tural Asəf oğlu Əzimzadə və Masallı rayonunun Allahyarlı kənd sakini, 2006-cı il təvəllüdlü Asim Alim oğlu Allahverdiyev olduğu bildirilir.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılaraq hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.