Lənkəranda X və XI sinif şagirdləri arasında “Əlaçı” televiziya layihəsinin seçim turu keçirilib.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən verilən məlumata görə, Cənub Media– ya verilən məlumata görə seçim turu sentyabrın 12-də Lənkəran şəhərində Rasim Məmmədov adına 5 nömrəli tam orta məktəbdə təşkil olunub.
Seçim turunda idarənin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin X və XI sinif şagirdləri iştirak ediblər.
Şagirdlər seçim mərhələsində öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Müsabiqənin yekununda ən yüksək nəticə göstərən şagirdlər “Əlaçı” televiziya layihəsinin çəkilişlərində iştirak etmək hüququ qazanacaqlar.
Qeyd edək ki, seçim turunun keçirilməsində əsas məqsəd bilik və bacarıqları ilə fərqlənən şagirdlərin müəyyənləşdirilməsi və onların televiziya layihəsində iştirakına imkan yaradılmasıdır.