Masallı Dövlət Regional Kollecində 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib.
Cənub Media xəbər verir ki, tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra kollecin direktoru Rövşən Qurbanov çıxış edərək Zəfər Gününün tarixi əhəmiyyətindən, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylikdən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan tarixi Qələbədən danışıb.
Kollecin tədris işləri üzrə direktor müavini Asim Yusifov, metodist Baba Həsənov, tarix müəllimləri Lətifə Məmmədəliyeva, Nazim Əliyev və Natiq Vəlişov da çıxışlarında Vətən müharibəsinin tarixi əhəmiyyətini, Azərbaycan Ordusunun qəhrəmanlığını və şəhidlərin Vətən qarşısındakı fədakarlığını vurğulayıblar. Zəfər Gününün gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsindəki roluna diqqət çəkilib.
Tədbirin sonunda kollecin ictimai həyatında və təlim-tərbiyə işlərində fəallığı ilə seçilən bir qrup müəllimə təşəkkürnamələr təqdim olunub.
Əlihüseyn Şükürov, Cənub Media, Masallı