Astarada 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunan 800 metr məsafəyə qaçış yarışı təşkil edilib.
Cənub Media xəbər verir ki, noyabrın 4-də Astara Dənizkənarı Park Bulvar Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin dəstəyi ilə “Zəfər qaçışı” devizi altında rayon turniri keçirilib.
Yarışda 15 müəssisəni təmsil edən 56 idmançı oğlanlar və qızlar arasında 800 metr məsafəyə qaçış üzrə mübarizə aparıb.
Oğlanların yarışında Qulamov Yusif birinci, Novruzov Samrad ikinci, Dadaşzadə Məsud üçüncü yeri tutub. Qızlar arasında isə Səmədzadə Səbinə birinci, Dadaşzadə Məryəm ikinci, Nəcəfzadə Günel üçüncü olub.
Yarışın sonunda hər iki kateqoriya üzrə ilk üç yeri tutan idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif ediliblər.
Cənub Media, Astara
