Lənkəran şəhərində 14 yaşadək kiçik yeniyetmə qızlar və oğlanlar arasında cüdo üzrə region turniri keçirilib.
Cənub Media xəbər verir ki, oktyabrın 30–31-də Lənkəran Olimpiya İdman Kompleksində təşkil olunan yarış Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutub.
İki gün davam edən turnirdə gənc cüdoçular müxtəlif çəki dərəcələrində mübarizə apararaq bacarıq və hazırlıq səviyyələrini nümayiş etdiriblər.
Yarışın sonunda qalib və mükafatçılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.
Turnirin keçirilməsində məqsəd regionda cüdonun inkişafına dəstək vermək, uşaqlar və yeniyetmələr arasında idmana marağı artırmaq, gənc idmançıların ustalıq səviyyəsini yüksəltmək və perspektivli idmançıları üzə çıxarmaqdır.
Cənub Media, Lənkəran