Cəlilabad rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş səhiyyə işçiləri arasında nərd üzrə rayon turniri təşkil edilib.
Cənub Media xəbər verir ki, oktyabrın 29-30-da keçirilən yarış Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Cəlilabad Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının birgə təşkilatçılığı ilə baş tutub.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Qış zalında təşkil olunan turnirdə 32 nəfər səhiyyə işçisi iştirak edib.
Yarışın sonunda qaliblər təşkilatçılar tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Cənub Media, Cəlilabad