Lənkəranda Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 6-cı ildönümü və “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası təşkil olunub.
Cənub Media xəbər verir ki, aksiya Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib.
Aksiyada Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Lənkəran regional “ASAN xidmət” mərkəzinin direktoru Əmir Əfəndiyev, RİİB-in regional bölmə rəhbəri İlkin Muradov, dövlət qurumlarının nümayəndələri, idmançılar, tələbələr və gənc könüllülər iştirak ediblər.
Ağacəkmə aksiyasının əsas məqsədi ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, yaşıllıq sahələrinin genişləndirilməsi, eləcə də gənclər arasında ekoloji maarifləndirmənin gücləndirilməsidir.
Cənub Media, Lənkəran


