Yardımlı rayonunda aşkar edilmiş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar oktyabrın 28-də bir sıra ərazilərdə qaz təchizatında fasilə yaranacaq.
Cənub Media xəbər verir ki, saat 10:00-dan təmir işləri başa çatanadək Yardımlı şəhərinin, eləcə də Qabaqdibi, Vəlixanlı, Köryədi, Mişkireyin, Dəlləkli, Ostayır və Sırıq kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qaz təchizatının bərpası işlərin yekunlaşmasından sonra mümkün olacaq.
Abonentlərdən müvəqqəti fasiləni nəzərə almaları xahiş olunur.
Cənub Media, Yardımlı