Masallıda şəhidlərin xatirəsinin yaşadılması və onların ailələrinə göstərilən diqqətin davam etdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Cənub Media xəbər verir ki, oktyabrın 8-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Təzə Alvadı inzibati ərazi dairəsinin Əhmədli kəndində keçirilən vətəndaş qəbulundan sonra şəhid məzarlarını ziyarət edib.
Ziyarətdə rayon icra hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, ərazi nümayəndəsi, bələdiyyə sədri, şəhid ailələrinin üzvləri, din xadimləri, media nümayəndələri və vətəndaşlar iştirak ediblər.
Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, onların əziz xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Bildirilib ki, şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının qayğıları rayon rəhbərliyinin diqqətində saxlanılır, qarşılaşdıqları çətinliklərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.
Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Əlihüseyn Şükürov, Cənub Media, Masallı