Masallıda “Səyyar ASAN xidmət” fəaliyyət göstərir.
Cənub Media xəbər verir ki, “Səyyar ASAN xidmət” avtobusu oktyabrın 1-dən 14-dək Masallıda vətəndaşlara xidmət göstərir.
Səyyar xidmət həftəiçi 5 gün, saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00-dan 14:00-dək nahar fasiləsidir.
Vətəndaşlar səyyar xidmət vasitəsilə bir sıra dövlət xidmətlərindən yararlana bilərlər.
İlkin Adıyev, Cənub Media