Masallıda şəhid Əlimərdan Quluzadənin şəhadətinin 6-cı ildönümü anılıb.
Cənub Media xəbər verir ki, Masallı rayonunun Yeddioymaq kəndində şəhid Quluzadə Əlimərdan Fəttah oğlunun şəhadətinin 6-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Anım günü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən, İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisi Sinan Abbaslı, sektorun məsləhətçisi Tərlan Şahverdiyev, din xadimləri, ərazi nümayəndəliyi və bələdiyyə əməkdaşları, eləcə də şəhid ailəsi şəhidin məzarını ziyarət ediblər.
Ziyarət zamanı şəhid Əlimərdan Quluzadənin məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla yad edilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Əlihüseyn Şükürov, Cənub Media