Masallıda güləş üzrə Lənkəran-Astara region açıq turnirinə yekun vurulub.
Cənub Media xəbər verir ki, Masallı Olimpiya Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə Lənkəran-Astara region açıq turnirinə yekun vurulub.
Oktyabrın 3-4-də iki gün davam edən yarışda 2010-2012-ci il təvəllüdlü (U-17) yeniyetmə güləşçilər 15 çəki dərəcəsində mübarizə aparıblar.
Dünya Güləş Birliyinin təsdiqlədiyi qaydalar əsasında keçirilən yarış Azərbaycan Güləş Federasiyasının hakimlər heyəti tərəfindən idarə olunub. Turnirdə respublikanın müxtəlif rayon və şəhərlərindən 22 komandanın tərkibində 300 idmançı iştirak edib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışın yekun nəticələrinə əsasən komanda hesabında Masallı komandası birinci, Sumqayıt komandası ikinci, Göyçay komandası isə üçüncü yeri tutub.
Yarışda fərqlənən idmançılar təşkilat komitəsi və sponsorlar tərəfindən diplom, medal və pul mükafatları ilə təltif ediliblər.
Cənub Media