Vətən müharibəsi şəhidi Bayramov İqbal Əhmədağa oğlunun anım günü ilə əlaqədar Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, aparatın kollektivi və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət ediblər.
Cənub Media xəbər verir ki, oktyabrın 5-də keçirilən ziyarət zamanı şəhid İqbal Bayramovun Hirkan qəsəbəsində yerləşən məzarı önünə tər çiçəklər düzülüb, ruhuna dualar oxunub və onun əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra Lənkəran ŞİH başçısı Taleh Qaraşov şəhidin ailə üzvləri ilə görüşərək onların qayğı və problemləri ilə maraqlanıb.
Görüş zamanı dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyi vurğulanıb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, İqbal Bayramov Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Cənub Media