Cənub bölgəsində sabah hava yağışlı olacaq.
Cənub Media xəbər verir ki, oktyabrın 4-də Cənub bölgəsində hava əsasən yağışlı və sərin keçəcək.
Lənkəranda gün ərzində yağış yağacağı, temperaturun 14–15 dərəcə olacağı gözlənilir. Axşam saatlarında yağışın tədricən səngiləcəyi və havanın buludlu olacağı proqnozlaşdırılır.
Cəlilabadda da leysan xarakterli yağış ehtimalı var. Havanın temperaturunun 13–15 dərəcə arasında dəyişəcəyi bildirilir.
Masallıda isə qısa müddətli yağış gözlənilir. Temperaturun gecə 11, gündüz isə 14 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.
Ümumilikdə, sabah Cənub bölgəsində sərin, rütubətli və yağıntılı hava şəraiti üstünlük təşkil edəcək.