Sabah cənub bölgəsində hava küləkli və yağışlı olacaq.
Cənub Media xəbər verir ki, oktyabrın 3-də Lənkəran-Astara iqtisadi rayonunun bir sıra ərazilərində hava şəraitinin küləkli və yağıntılı keçəcəyi gözlənilir.
Lənkəran, Astara, Cəlilabad, Masallı, Biləsuvar və Salyan rayonlarında şimal-qərb küləyinin sürətinin saniyədə 13,9–20,7 metrədək güclənəcəyi proqnozlaşdırılır.
Lənkəranda havanın temperaturunun 19–25, Cəlilabadda 17–25, Masallıda isə 18–25 dərəcə arasında olacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə leysan xarakterli yağışların yağacağı ehtimalı var.
Oktyabrın 3-də isə Cənub bölgəsində yağışlı hava şəraitinin davam edəcəyi və temperaturun aşağı düşəcəyi bildirilir. Lənkəranda havanın 16–18, Cəlilabadda isə 13–16 dərəcə olacağı proqnozlaşdırılır.