Cəlilabadda fərdi yaşayış evində yanğın olub.
Cənub Media xəbər verir ki, hadisə rayonun Hamarqışlaq kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Rasim Əliyevə məxsus birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib. Nəticədə evə ziyan dəyib.
Hazırda hadisənin başvermə səbəbi və dəymiş ziyanın həcmi aidiyyəti qurumlar tərəfindən araşdırılır.