Biləsuvar rayonunun Günəşli kəndində yaşayış evində yanğın baş verib.
Cənub Media xəbər verir ki, hadisə zamanı evin çardağı və həyətyanı sahədəki ot tayası yanıb. Nəticədə təxminən 200 ədəd ot bağlaması yararsız vəziyyətə düşüb.
Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.