Cənubi Muğan kanalının rayon ərazisindən keçən hissəsinə suyun verilişi yenidən bərpa edilib.
Cənub Media xəbər verir ki, kanalın müəyyən hissəsində aparılan təmir işləri ilə əlaqədar suyun verilişi müvəqqəti dayandırılıb. Təmir işləri başa çatdıqdan sonra suyun kanala buraxılması yenidən təmin olunub.
Bununla da kanalın Biləsuvar ərazisindən keçən hissəsində su təminatı bərpa edilib.
Qeyd edək ki, Cənubi Muğan kanalı 1960-cı ildə istismara verilib. Uzunluğu 65 kilometr olan kanal İmişli, Biləsuvar və Cəlilabad rayonlarının suvarma təsərrüfatında istifadə olunur.