Biləsuvar rayonuna qonaq gedən Cəlilabad sakinlərindən 10 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edib.
Cənub Media xəbər verir ki, hadisə Biləsuvar rayonunda əsgər yola salma mərasimindən sonra baş verib. Mərasimdə iştirak edən ailə üzvləri Cəlilabaddakı evlərinə qayıtdıqdan sonra özlərini narahat hiss ediblər.
Onlardan 10 nəfər, o cümlədən azyaşlılar zəhərlənmə şübhəsi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
İlkin ehtimala görə, onların mərasim zamanı qəbul etdikləri qidadan zəhərləndikləri bildirilir.
TƏBİB-dən Cənub Media-ya bildirilib ki, 29.09.2026-cı il tarixində saat 23:00 radələrində zəhərlənmə şübhəsilə 10 nəfər (5 kişi, 5 qadın) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Zəruri tibbi xidmətlər göstərilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar.