Sentyabrın 29-da Masallı rayonunun Köçəkli kəndində Vətən müharibəsi şəhidi, baş gizir İntiqam Yavər oğlu Abbasovun şəhadətinin 6-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Cənub Media xəbər verir ki, anım günü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən, İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, sektorun məsləhətçisi Tərlan Şahverdiyev, din xadimləri, ərazi nümayəndəliyinin əməkdaşları və şəhid ailələri İntiqam Abbasovun Köçəkli kəndindəki məzarını ziyarət ediblər.
Ziyarət zamanı şəhidin məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla yad edilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, baş gizir İntiqam Abbasov 29 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. O, doğulduğu Masallı rayonunun Köçəkli kəndində dəfn edilib.
Əlihüseyn Şükürov, Cənub Media