Cəlilabad rayonunun Dələli kəndində bir mərtəbəli fərdi yaşayış evində yanğın baş verib.
Cənub Media xəbər verir ki, hadisə kənd ərazisində yerləşən, Qürbətov Qədirə məxsus yaşayış evində qeydə alınıb.
Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib və əraziyə yanğınsöndürən qüvvələr cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində tədbirlər görülüb.
Hadisə nəticəsində evə dəyən ziyanın həcmi və yanğının başvermə səbəbləri araşdırılır.