Lənkəranda lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Elsevər Qardaşzadənin anım günü ilə əlaqədar məzarı ziyarət olunub.
Cənub Media xəbər verir ki, sentyabrın 22-də şəhid Elsevər Rakif oğlu Qardaşzadənin anım günü ilə əlaqədar Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, aparatın əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət ediblər.
Ziyarət zamanı məzar önünə tər çiçəklər düzülüb, şəhidin əziz xatirəsi ehtiramla yad edilib və ruhuna dualar oxunub.
Daha sonra icra başçısı şəhidin ailə üzvləri ilə görüşərək onların qayğı və ehtiyacları ilə maraqlanıb. Görüşdə şəhid ailələrinə göstərilən dövlət qayğısının bundan sonra da davam etdiriləcəyi vurğulanıb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
İlkin Adıyev, Cənub Media
