Lerikdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı 15 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Cənub Media xəbər verir ki, əməliyyat Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilib.
Tədbir zamanı 30 yaşlı Murtuz Məmmədli saxlanılıb. Onun üzərindən ümumilikdə 15 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.
Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitələri xaricdə yaşayan narkotacirdən əldə edib və maddi qazanc müqabilində əvvəlcədən müəyyənləşdirilmiş ünvanlara çatdırmağı planlaşdırıb.
Faktla bağlı cinayət işi başlanılıb. Murtuz Məmmədli barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda araşdırma davam etdirilir.
İlkin Adıyev, Cənub Media