Cəlilabad rayonunda fərdi yaşayış evində yanğın baş verib.
Cənub Media-nın əldə etdiyi məlumata görə, hadisə rayonun Közbulaq kəndində qeydə alınıb.
Yanğın kənd sakini Yaqub Yaqubova məxsus, ümumi sahəsi 104 kvadratmetr olan yaşayış evində baş verib. Qısa müddətdə bütün tikilini əhatə edən alov nəticəsində ev tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə zamanı kənd sakinləri və əraziyə cəlb olunan qüvvələrin müdaxiləsi ilə yanğının yaxınlıqdakı digər tikililərə və ərazilərə keçməsinin qarşısı alınıb.
İlkin məlumata görə, yanğın nəticəsində xəsarət alan olmayıb.
Yanğının başvermə səbəbləri və digər təfərrüatlar araşdırılır.