Astara rayonunun Ərçivan qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində qaz xətti zədələnib. Hadisə zamanı xəsarət alan olmayıb.
Cənub Media xəbər verir ki, səhər saatlarında “VAZ-2107” markalı avtomobil qəsəbə ərazisində hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolun kənarından keçən qaz xəttinə çırpılıb.
Qaz xəttinin zədələnməsi səbəbindən Astara rayonunun Şuvi, Sərək, Vəzməş, Siyətük və Şuvaş kəndlərinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranıb.
Cənub Media, Astara