Yardımlı rayonunda qaz sızmasının aradan qaldırılması ilə əlaqədar noyabrın 17-də saat 10:00-dan etibarən rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Cənub Media xəbər verir ki, qaz sızmasının aradan qaldırılması məqsədilə aparılacaq təmir işləri yekunlaşanadək qazın verilişi dayandırılacaq.
Qaz təchizatının işlər başa çatdıqdan sonra bərpa olunacağı gözlənilir.
Cənub Media, Yardımlı