Biləsuvar rayonunda ümumtəhsil məktəblərindən birinin qarşısında avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb. Məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs edilib və sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb.
Cənub Media xəbər verir ki, dövlət yol polisi əməkdaşlarının keçirdikləri tədbirlər zamanı Q.Aslanov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozduğu üçün saxlanılıb.
Məlumata görə, sürücü bu hərəkətləri ilə digər yol hərəkəti iştirakçılarının, o cümlədən həmin vaxt məktəbin giriş qapısının qarşısında dayanan şagirdlərin həyat və sağlamlığı üçün təhlükə yaradıb.
Q.Aslanov barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə onun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilməsi barədə qərar qəbul olunub.
Cənub Media, Biləsuvar