Salyan rayonunda avtomobilin vurduğu piyada hadisə yerində həyatını itirib.
Cənub Media xəbər verir ki, hadisə axşam saatlarında Salyan–Şirvan avtomobil yolunun rayonun Qırxçıraq kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Cəlilabad rayon sakini, 1937-ci il təvəllüdlü Allahverən Alış oğlu Əliyev yolu keçmək istəyərkən “Mercedes” markalı avtomobil tərəfindən vurulub. Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
Cənub Media, Salyan