Lənkəran rayonunda 13 yaşlı yeniyetmə kəsici-deşici alətlə boğaz nahiyəsindən xəsarət alıb.
Cənub Media xəbər verir ki, hadisə Darquba kəndində qeydə alınıb. Kənd sakini, 2013-cü il təvəllüdlü F.A. boğaz nahiyəsindən xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıb.
Yeniyetməyə boyun nahiyəsinin açıq yarası diaqnozu qoyulub və zəruri ilkin tibbi yardım göstərilib.
İlkin məlumata görə, hadisə yeniyetmənin evdə uzanmış vəziyyətdə bıçaqla meyvə doğradığı zaman ehtiyatsız davranması nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Cənub Media, Lənkəran