Yardımlı rayonunun ucqar dağlıq kəndlərində qar yağışı müşahidə olunur.
Cənub Media xəbər verir ki, son günlər Cənub bölgəsində havanın qeyri-sabit keçməsi dağlıq ərazilərdə yağıntılı hava şəraiti ilə müşayiət olunur.
Axşam saatlarından başlayaraq Yardımlı rayonunun dağlıq ərazilərinə qar yağmağa başlayıb.
Yerli sakinlərin verdiyi məlumata görə, hazırda Dəlləkli, Arvana və digər dağlıq kəndlərdə qar yağışı davam edir.
Havanın qeyri-sabit keçməsi bölgənin dağlıq ərazilərində temperaturun aşağı düşməsinə səbəb olub.
Cənub Media, Yardımlı